21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
26 aprel 2011-ci il tarixdə İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaz sessiyası öz işinə başlayacaq.
Tədbirdə ölkəmizi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) və Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri təmsil edəcəklər. 
Sessiya çərçivəsində beynəlxalq poçt sahəsi üzrə bir sıra məsələlərin müzakirəsi və ÜPİ-nin bəzi orqanlarına seçkilərin keçirilməsi nəzərdə tutulub. 
RİTN-nin mətbuat xidmətindən aldığımız məlumata əsasən, Azərbaycan nümayəndələri sessiyada ölkənin poçt sektorunda ÜPİ-nin texniki dəstəyi ilə həyata keçirilən bir sıra layihələr haqqında məruzələrlə çıxış edəcəklər. Tədbirdə, həmçinin gələcək əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq. 
Təntənəli mərasim zamanı sürətli poçt xidmətlərinə (Express Mail Service – EMS) görə “Qızıl səviyyəli Sertifikat”lar da təqdim olunacaq. 
Qeyd edək ki, ÜPİ EMS Kooperativinin tapşırığı və maliyyə dəstəyi ilə müstəqil məsləhətçi şirkətlər tərəfindən bütün dünyanın EMS operatorlarının il ərzində göstərdikləri xidmətlərin keyfiyyətinin təftişi və qiymətləndirilməsi aparılır. Bundan sonra ilin yekunlarına görə nəticələr elan edilir və sertifikatlar təqdim olunur. Azərbaycanın EMS operatoru Azərekspresspoçt Rabitə müəssisəsi artıq beşinci dəfədir ki, Qızıl sertifikatla mükafatlandırılır. 
Xatırladaq ki, Azərbaycan ÜPİ-nin ali orqanları olan Administrativ Şurası və Poçt İstismarı Şurasının üzvüdür. Başqa sözlə desək, respublikamız qarşıya qoyulan bütün vəzifələri və öhdəlikləri yerinə yetirməklə yanaşı, İttifaqın bütün tədbirlərində iştirak etmək, ümumi işə öz töhfələrini vermək imkanına da malikdir. 
Sessiya 13 may 2011-ci il tarixinədək davam edəcək.