21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Daha öncə də məlumat verdiyimiz kimi Multimedia Mərkəzi tərəfindən 01 fevral 2009-cu il tarixdən etibarən ictimai informasiya subyektlərinin ( dövlət orqanları və bələdiyyələrin) rəsmi internet resurslarının monitorinqi aparılır.
Monitorinqin fevral ayı müddətində gedişi haqda sizə məlumat vermişdik.Nəzərinizə çatdıraq ki,monitorinq davam edir.Belə ki, Multimedia Mərkəzi Aprel və Mart ayıarında da dövlət orqanlarının internet resurslarında monitorinq apararaq,mövcud vəziyyətlə bağlı ictimaiyyətə açıqlama verib.
Son iki ay ərzində Multimedia Mərkəzi tərəfindən aşağıdakı internet resursların monitorinqi aparılıb.Bunlar: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az , Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin www.customs.gov.az , Azərbaycan Respublikası Maliyyə Nazirliyinin www.maliyye.gov.az ,Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.azstat.org , Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin www.eco.gov.az , Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin www.agro.gov.az , Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin www.mys.gov.az , Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin www.mfa.gov.az , Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin www.refugees-idps-committee.gov.az , Azərbaycan Respublikası Mərkəzi Bankının www.nba.az domen ünvanlı İnternet resurslarıdır.
Qeyd edək ki,monitorinq “İctimai informasiya subyektlərinə məxsus ictimai informasiyaların açıqlanması vəziyyətinin Monitorinqi” Layihəsi çərçivəsində həyata keçirilir. İctimai informasiya subyektlərinin informasiya açıqlığı vəziyyətini müəyyən etmək üçün aparılan Monitorinq ölkə qanunvericiliyi və beynəlxalq təcrübə nəzərə alınmaqla Multimedia Mərkəzi tərəfindən hazırlanan Metodika əsasında gerçəkləşdirilir. Metodikada dövlət qurumlarının rəsmi İnternet resurslarında yerləşdirilən informasiyaların kəmiyyət və keyfiyyət cəhətdən analiz edilməsi və qiymətləndirilməsi nəzərdə tutulub.
Daha geniş məlumatı www.informasiya.org saytından əldə edə bilərsiniz.