21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün «Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatı (UGT) «AMV» İstehsalat Birliyinin dəstəyi ilə “Bakı SOS Uşaq Kəndi” də «Gəlin Birgə oxuyaq» adlı kitab aksiyasına start verib.
Tədbirdə çıxış edən «Gənc Liderlər» UGT-nin sədri Fərid Şahbazlı bildirib ki, “Gəlin birgə oxuyaq” adlı kitab aksiyası davamlı olacaq və şəhər və rayonların orta məktəblərində də uşaqlara kitablar hədiyyə ediləcək: «Bu aksiyada biz uşaqlara 100-ə yaxın müxtəlif kitablar⢀ nağıllar, bədii əsərlər, dərs vəsaitləri təqdim etdik. İnanırıq ki, bu kitablar onlara cəmiyyət üçün layiqli vətəndaş olmağa kömək olacaq. Əsas məqsəd 2009-cu il uşaq ilində uşaqlarda kitaba maraq oyatmaqdır».
Daha sonra çıxış edən “Bakı SOS Uşaq Kəndi”-nin direktoru Əli Axundov bildirib ki, hazırda “Bakı SOS Uşaq Kəndi” -ndə 96 nəfər uşaq məskunlaşıb: “Məktəbyaşlı uşaqlar kəndin yaxınlığındakı orta məktəblərə, azyaşlı uşaqlar isə Bakı SOS Uşaq Baxçasına gedirlər. Bu uşaqlardan 3 nəfəri Olimpiya İdman Məktəbində, 5 nəfəri rayonlarında yerləşən Özəl Türk Litseylərində, 1 nəfəri Ali Hərbi Akademiyada təhsil alırlar. Onlar üçün bu cür tədbirlərin təşkili çox vacibdir».
Qeyd ədək ki, «Gənc Liderlər» UGT-nın təşkil etdiyi tədbirdə SOS Uşaq Kəndində məskunlaşan 60 uşaq iştirak edib. Uşaqlar üçün aksiya çərçivəsində musiqili proqram təşkil olunub və tanınmış müğənni İbrahim Borçalı uşaqları öz ifaları ilə şənləndirib.