21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıb.
Ölkə başçısının “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peykinin orbitə çıxarılması haqqında” 4 noyabr 2008-ci il tarixli və “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” 17 avqust 2009-cu il tarixli Sərəncamları bu istiqamətdə işlərin sürətləndirilməsinə və yüksək səviyyədə həyata keçirilməsinə güclü təkan verib.
Dövlət Proqramının icrasının ən mühüm hissəsindən biri olan Azərbaycan Respublikasının telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi ilə əlaqədar “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2010-cu il tarixli Sərəncamı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qarşısında bir sıra məsuliyyətli və şərəfli vəzifələr qoymuşdur. Sərəncamdan irəli gələn məsələlərlə əlaqədar kosmik sənayenin yaradılması və uğurlu inkişafında beynəlxalq təcrübədən istifadə etmək, kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək , bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək və həmin sahənin inkişafı ilə bağlı təklifləri hazırlamaq məqsədilə Kosmik məsələlər üzrə Şura yaradılıb, Arif Mir Cəlal oğlu Paşayev kosmik məsələlər üzrə Şuranın sədri təyin edilib.
mənbə: mincom.gov.az