21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi veb-saytı istifadəyə verilib. www.fhn.gov.az ünvanında yerləşən saytda FHN-in fəaliyyəti, strukturu, iş prinsipi barədə məlumatlar verilib. 
Burada həmçinin nazirliyin həyata keçirdiyi layihələr, qanunvericilik bazası, regional mərkəzlər, əhalinin məlumatlandırılması ilə bağlı bildirişlər də yerləşdirilib.
İstifadəçilər həmçinin saytda maddi və mənəvi itkilərlə müşayiət olunan fövqəladə halların cəmiyyətə, dövlətə, insanlara vurduğu ziyanın minimuma endirilməsi, qarşısının alınması, qısa zamanda nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə məlumatlandırılacaqlar. Saytın «sual-cavab» bölümü vasitəsilə vətəndaşlar onları maraqlandıran suallara da cavab ala biləcəklər.
Qeyd edək ki, saytın ingilis və rus dilləri versiyası da hazırlanma mərhələsindədir. Saytda operativ olaraq ölkə ərazisində baş verən fövqəladə halların statistikası da əksini tapacaq.