21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
   Nokia şirkəti satışa, xüsusilə məhdud imkanlı insanlar üçün nəzərdə tutulmuş telefonlar çıxarmaq niyyətindədir. Belə ki, şirkət bir tərəfdən sosial funksiya yerinə yetirir, digər tərəfdən isə satış bazarını genişləndirir. 
   Hindistanda yerləşən tədqiqat mərkəzində Nokia eşitmə və görmə qabiliyyətləri az olan insanlar üçün nəzərdə tutulmuş mobil telefonlar sahəsi ilə məşğul olacaq yeni istiqamət təşkil edib. Şirkətdə qeyd edirlər ki, Nokia bu kateqoriya istifadəçilər üçün telefonları daha rahat etməyə çalışır. 
   Texniki baxımdan bu cür imkanların reallaşdırılması üçün xüsusi interfeyslər, idarəetmə menyusunda digər bəndlərin olması, mobil telefonların böyük şriftlərlə, eləcədə daha yüksək səsli zənglər və ya səsli komandalarla təchiz olunması vasitəsilə mümkündür. Bundan əlavə Nokia-da bu cür telefonların xüsusi dizayna malik olacağını istisna etmirlər. 
   Həmçinin Nokia nümayəndələrinin sözlərinə görə, məhdud imkanlı insanlar üçün mobil telefonların yaradılması zamanı şirkət daha bir vacib məsələni həll etməlidir. Söhbət bu telefonların qiymətindən gedir. Həmin istifadəçilər çox hallarda bahalı modelləri əldə etmək üçün böyük maddi imkanlara malik deyillər. Buna görə də bu istifadəçilər üçün nəzərdə tutulmuş telefonlar olduqca əlçatan olmalıdır, Cybersecurity  yazır.
xeberler.az/Ellada