21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
3 və 4 iyul tarixlərində Qax rayonunun ümumtəhsil məktəblərinin “informatika” fənnini tədris edən müəllimləri üçün təşkil olunmuş tədris kurslarının yekunlarına görə avtomatlaşdırılmış qaydada test imtahanları keçirilir.
Tədris kursları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü, Təhsil Nazirliyinin, HP şirkətinin dəstəyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun müəllimlərinin iştirakı ilə keçirilir.
Treninqlərin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 11.02.2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” çərçivəsində regionlarda rəqəmsal geriliyin aradan qaldırılması və İKT sahəsində milli kadrların hazırlanmasıdır.Sabah, test imtahanlarının yekunu olaraq, fərqlənmiş müəllimlərə sertifikatlar təqdim olunacaq.Kurs iştirakçılarına İKT sahəsi üzrə dəyərli kitablar da paylanılacaq.
Bundan əlavə “Ən yaxşı informatika müəllimi” müsabiqəsinin qaliblərinin müəyyən edilməsi nəzərdə tutulur. İlk 5 yeri tutan müəllimlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və HP şirkəti tərəfindən noutbuklarla mükafatlandırılacaqlar.
Xatırladaq ki, Qax rayonunda treninqlərin I və II mərhələləri 5-15 yanvar və 23-31 mart, III mərhələsi isə 15 iyun-3 iyul 2009-cu il tarixlərində keçirilib.İndiyə qədər bu cür tədris kursları Goranboy və Tərtər rayonlarında da təşkil olunmuşdur.Gələcəkdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfdaşları ilə birgə belə tədris kurslarını digər regionlarda da keçirməyi planlaşdırır.