21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dünən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan və Latviya arasında İKT sektoru üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.Bu məqsədlə təşkil olunan dəyirmi masada çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, Azərbaycan Latviyanın «Elektron hökumət» və teleradio yayım sahəsində təcrübəsini öyrənmək niyyətindədir: «Latviyanın bu sahələr üzrə böyük təcrübəsi mövcuddur və Azərbaycan bu təcrübədən yararlanmaq niyyətindədir».
E.Vəlizadə onu da bildirib ki, hazırda Azərbaycan İKT sahəsində iki strateji sənəd hazırlayır. 
Bunlardan biri İKT sektorunun inkişafı üzrə Dövlət Proqramı (2009-2012-ci illər), digəri isə tədbirlər planıdır: «İlk sənədin hazırlanması «elektron imza»nın infrastrukturu, digər sənədin hazırlanması isə «elektron hökumət»in formalaşmasına gətirib çıxaracaq.
İki sənədin kəsişməsi nəticəsində Azərbaycan İKT sahəsində bir sıra yeni layihələr həyata keçirə bilər». Qeyd edək ki, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müraciətlərini nəzərə alaraq, bu yaxınlarda dövlət büdcəsindən «elektron hökumət» əlaqələndiriciləri arasında vahid mühitin formalaşdırılması üçün vəsait ayrılıb. Bununla yanaşı, fəaliyyət proqramı tərtib olunub və ona uyğun olaraq dövlət strukturlarının resurslarının inkişafı nəzərdə tutulub.
Tədbirdə çıxış edən Latviya nümayəndələri, orbitə süni peyk buraxılması ilə bağlı Azərbaycan hökumətinin maliyyə baxımından geniş imkanlara malik olduğunu qeyd ediblər. Onlar maliyyə böhranı ilə əlaqədar Latviyanın peyklə bağlı planlarının bir qədər təxirə salındığını bildiriblər.