İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azerfon 3G yeniklərini nümayiş etdirəcək

22.11.2010 [21:39]

Fontu böyüt:      

Sabah Bakıda keçiriləcək 16-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “BakuTel 2010” Sərgisində Azerfon şirkəti 3G texnologiyası üzrə yenilikləri təqdim edəcək. Şirkətdən verilən məlumata görə, sərgidə Azərbaycanda Nar Mobile müştəriləri üçün Nar Dünyası yeni mağaza konsepsiyasının ilk təqdimatı keçiriləcək.

Sabah Bakıda keçiriləcək 16-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “BakuTel 2010” Sərgisində Azerfon şirkəti 3G texnologiyası üzrə yenilikləri təqdim edəcək.

Şirkətdən verilən məlumata görə, sərgidə Azərbaycanda Nar Mobile müştəriləri üçün Nar Dünyası yeni mağaza konsepsiyasının ilk təqdimatı keçiriləcək. Müştərilərin və abunəçilərin tələblərini yeni səviyyədə ödəməyə yönəlmiş Nar Dünyası mağazalar konsepsiyası modeli Azerfonun stendində nümayiş etdiriləcək. Nar Mobile telefon nömrəsi almaq, servislərdən yararlanmaq, müştəri xidmətlərindən istifadə imkanları Nar Dünyası konsepsiyası üzrə bir yerdə sərgi ziyarətçilərinin xidmətində olacaq.

Sərgidə Nar Mobile tərəfindən 3G mobile TV, Azerfon-Vodafone tərəfindən 3G kamera, 3G USB Modem, 3G netbuk kimi texnologiyalar təqdim olunacaq.

3G Mobile TV xidməti yüksək sürətli 3G texnologiyası vasitəsilə mobil telefon istifadəçiləri üçün bir sıra televiziya kanallarını seyr etməyə imkan yaradır.
Azerfon-Vodafone tərəfindən təqdim edilən 3G+ Müşahidə Kamerası – qeyri-adi dizayn, üstün xarakteristikası ilə anbar, qaraj, ev, ofis, uşaq və ya ev heyvanlarını məsafədən izləməyə imkan verir. SİM-kart yerləşən 3G+ Müşahidə Kameraya birbaşa video zəng etməklə müşahidə imkanlarından yararlanmaq olar.

3G USB modemi vasitəsilə Azerfon-Vodafone mobil şəbəkəsinin əhatə etdiyi istənilən yerdən müxtəlif İnternet xidmətlərindən istifadə etmək imkanları yaranmışdır. Genişzolaqlı mobil İnternet bağlantısı vasitəsi ilə 3G texnologiyasının mümkün servis və xidmətlərinə abunəçilər üçün birbaşa çıxış imkanları yaradılıb.

3G netbukları vasitəsilə əlavə qurğulardan istifadə etmədən və 3G texnologiyasını dəstəkləyən sim-kartı netbukda quraşdırmaqla yüksək sürətli genişzolaqlı mobil internetə bağlantı əldə edilmək imkanları yaradılır.

Azerfonun stendində həmçinin bütün sərgi müddətində müxtəlif yarışmalar keçiriləcək və yüzlərlə qiymətli hədiyyələr oynanılacaq. Qeyd edək ki, Azerfon şirkətinin stendi Bakutel sərgisində ən geniş sahəyə malik olanlar sırasına daxildir. Stenddə Azerfonun mobil xidmət ticarət markaları və təsis etdiyi şirkətlər təmsil olunacaq.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar