21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində cari ilin ilk doqquz ayının yekunlarına dair kollegiya iclası keçirilib.
Nazirlikdən verilən məlumata görə, iclasda çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov oktyabrın 20-də ölkə prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında dövlət başçısının proqram xarakterli çıxışından irəli gələn vəzifələri diqqətə çatdıraraq, Nazirlik tərəfindən həyata keçirilən islahatlar və onların nəticələri barədə danışıb.
Həyata keçirilən tədbirlərin nəticəsi kimi, cari ilin 9 ayı ərzində rabitə və informasiya texnologiyaları sektorunda dinamik inkişaf tempinin müşahidə olunduğunu bildirən nazir qeyd edib ki, hesabat dövründə İKT sektorunda artım tempi 34%, o cümlədən telekommunikasiya sektorunda 33,9%, poçt sektorunda isə 20,7% təşkil edib.
Ə.Abbasovun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM-in real artım tempi 4,1%, İKT və poçt sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı isə 2,1%-ə bərabər olub.
Bundan sonra iclasda 2010-cu ilin 9 ayının yekunları, «Maliyyə xidmətlərinin inkişafı Layihəsi»nin ilkin nəticələri və qarşıda duran vəzifələr, operatorlar, provayderlər arasında arabağlantı məsələlərinin tənzimlənməsi, onlara məhdud resursların ayrılması, resurslardan səmərəli istifadəyə nəzarət, həmçinin universal telekommunikasiya və poçt xidmətlərinin təşkili üzrə məsələləri əhatə edən məruzələr dinlənilib.
Kollegiyaya yekun vuran Ə.Abbasov rabitə və informasiya texnologiyaları sahəsi işçilərini daha yüksək nəticələrin əldə olunması üçün bütün səylərini səfərbər etməyə çağırıb və həlli vacib məsələlərin icrası üçün tapşırıqlar verib.
mənbə APA