İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Elektron Təhsil” Respublika müsabiqəsində iştirakçıların qeydiyyatı başa çatdı

26.05.2010 [06:51]

Fontu böyüt:      

“Təhsildə İnternet texnologiyaları" istiqaməti üzrə “təhsildə internet resursları” nominasiyası üzrə - 32, “müəllimlərin bloqları” nominasiyası üzrə isə - 19 layihə təqdim olunmuşdur.

“Elektron Təhsil” Respublika müsabiqəsində iştirakçıarın qeydiyyatı başa çatmışdır. Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsindən verilən xəbərə görə, iki mərhələdə keçiriləcək səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla Təhsil Nazirliyi tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq.

Qeyd etmək lazımdır ki, 2010-cu il Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə İKT ili”-nin əsas fəaliyyətlərindən biri olan, “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən müsabiqə Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP, MƏDƏD təşkilatları tərəfindən dəstəklənir.

Müsabiqəyə ümumi olaraq 810 layihə təqdim olunmuşdur. Müsabiqə “Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə İnternet texnologiyaları" istiqamətləri üzrə təşkil olunmuşdur.

“Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə “fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı  metodika” nominasiyası üzrə 307, “ibtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika” nominasiyası üzrə – 155, “elektron tədris  vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən  yaxşı  modeli” nominasiyası üzrə isə 297 layihə təqdim olunmuşdur.

“Təhsildə İnternet texnologiyaları" istiqaməti üzrə “təhsildə internet resursları” nominasiyası üzrə - 32, “müəllimlərin bloqları” nominasiyası üzrə isə - 19 layihə təqdim olunmuşdur.

 Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet  texnologiyalardan  tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.

 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar