21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında İnformasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitə informasiya təhlükəsizliyi üzrə standartları qəbul edib. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.
İdarənin məlumatına görə, komitə ISO/IEC 27001:2005, ISO/IEC 27005:2008, ISO/IEC 11770-1:1996 və ISO/IEC TR 18044:2004 beynəlxalq standartları əsasında işlənib-hazırlanmış informasiya təhlükəsizliyi üzrə milli standartları qəbul edib. Standartlar müvafiq dövlət qeydiyyatı üçün Dövlət Standartlaşdırma, Metrologiya və Patent Komitəsinə təqdim olunacaq. Həmçinin, komitənin 2010-cu il üzrə iş planına uyğun olaraq, ISO/IEC 2382 standartlarının 7-ci, 28-ci və 34-cü hissələrinə əsaslanan İT-terminologiyaları üzrə milli standartlar da işlənib-hazırlanıb. Bu gün ekspertlər tərəfindən standartların uyğunlaşdırılmasının yoxlanması üzrə iş aparılır. Standartlaşdırma üzrə Texniki Komitə tərəfindən kompüter klaviaturasında Azərbaycan əlifbasının yerləşməsi və digər məsələlərə də baxılır.