21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
İNTERNETDƏ TƏHLÜKƏSİZLİK
Azərbaycanlı hakerlər Milli Məclisin saytına hücum edib. ''Azərbaycan Defeysers'' adlı proqramçılar qrupu Parlamentin rəsmi saytı olan meclis.gov.az-ın ana səhifəsini gunes.li/hacked/rusvete_son.html linkinə yönləndirilib. Hakerlər açılan səhifəyə Ramil Səfərovun şəkillərini və Azərbaycanın xəritəsini yerləşdirmişdilər. Milli Məclisin saytı gecə saat 2-də düzəldilib.
Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə: ‘İnformasiya təhlükəsizliyini daha da ciddiləşdirmək üçün bir qurum yaradılacaq. Bu qurum həm dövlət, həm də qeyri-dövlət saytlarına diqqət ayıracaq və fərdi istifadəçilərin də hüquqlarını qoruyacaq’’.
Baş vermiş bu məsələ dövlət saytlarının və internet istifadəçilərinin təhlükəsizliyini gündəmə gətirib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə virtual aləmin təhlükəsizliyi ilə məşğul olmaq üçün yeni addımlar atacaq.
Yeni qurum dünya təhlükəsizlik qurumlarının analoqu olacaq və həm dövlət orqanları, həm fərdi istifadəçilərə xidmət göstərəcək. İnternet istifadəçiləri qurumdan məsləhətlər ala biləcək. Qurumun yaradılması ümumi internet təhlükəsizliyinə aid kompleks planın tərkib hissəsidir.
xeberler.az/Vüqar Baba