21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“MSN Weather portalında yerləşdirilmiş məlumat səhv olub və ən qısa müddətdə həmin səhv aradan qaldırılacaq,Microsoft korporasiyası Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.-Bu haqda “Microsoft”un yaydığı rəsmi bəyanatda deyilir.
Bəyanatda bildirilib ki, “Microsoft” korporasiyası nəzərə alır ki, dünyada coğrafiyaya müxtəlif, bəzən də, ziddiyyətli yanaşmalar olur: “Bununla belə, şirkət coğrafi xarakter daşıyan məhsulları təqdim edərkən beynəlxalq ictimaiyyət, habelə müstəqil akademik və tədqiqat təşkilatlarının təcrübəsini və fikrini nəzərə alır.
Hazırda şirkət Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ haqqında qəbul olunmuş ümumdünya konsensusunu əks etdirmək üçün öz məlumatlarında düzəliş edir. Ümumiyyətlə, “Microsoft” şirkəti özünün bütün kartoqrafik məlumatlarını yenilətməkdədir, və bu proses bitdikdən sonra Azərbaycan Respublikasının Bing Maps-daki xəritəsi bütün lazımi dəyişiklikləri daxil edəcək”.
Korporasiya qeyd edib ki, MSN Weather portalında yerləşdirilmiş məlumata gəldikdə isə burada səhv olub və ən qısa müddət ərzində həmin səhv aradan qaldırılacaq. Encarta Maps isə yeniləşməyəcək, çünki Encarta məhsulları artıq istehsaldan çıxarılıb.
Qeyd edək ki, bir müddət öncə “Microsoft”a aid MSN Weather portalında Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması ilə bağlı məlumat yayılmışdı. Azərbaycan Xarici İşlər Nazirliyi isə məsələni araşdırılacağını bəyan etmişdi.