21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Daha öncə də məlumat verdiyimiz kimi, «bp-Azərbaycan» şirkəti «Azercell Telekom» MMC-nin xidmətindən imtina edib, nisbətən ucuz tarif siyasəti yeridən «Bakcell»ə keçib. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı bu haqda mətbuata bildirib ki, qəbul edilən təcrübəyə əsasən partnyorların seçilməsi zamanı tender keçirilib. Daha sərfəli şərtlər təklif edənlərin xeyrinə seçim edilib. Məlum olub ki, tenderə hər üç mobil operator - «Azercell», «Azərfon» («Nar Mobile») və «Bakcell» şirkətləri qatılıb.Sonuncunun rabitə xidmətinin qiyməti aşağı olduğundan qalib də o olub.
«Azercell» şirkətinin korporativ ünsiyyət və sosial məsuliyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadə isə mətbuata deyib ki, bp şirkəti kimi müştərini itirmək xoş deyil. Lakin bu, sağlam rəqabət əsasında olub. Onun sözlərinə görə, tenderdə digər mobil operatorlar kimi «Azercell» şirkəti də güzəşt paketini təqdim edib: «Ancaq tenderi "Bakcell" şirkəti udub. Bizim bazarda sağlam rəqabət hökm sürür. Tenderi «Bakcell» udubsa, biz onları təbrik edirik!"
Ü.Həsənzadə deyib ki, bp şirkəti Azərbaycana gələn gündən «Azercell»in xidmətindən istifadə edib: «Əgər onu bəyənməsəydi, servislərini münasib bilməsəydi, bu günə qədər "Azercell"də qalmazdı. O ki qaldı indi «Bakcell»i seçməsinə, ola bilər, bu şirkətin hansısa şərtləri münasib bilinib. «Azercell» də maraqlı təkliflərlə çıxış etmişdi".
Hazırda heç bir şirkətin buna bənzər tender elan etmədiyini deyən bölüm rəhbəri hansısa nüfuzlu qurumun «Azercell»in servislərindən imtinası ilə bağlı müraciətin də daxil olmadığını qeyd edib.
Bölüm rəhbəri onu da vurğulayıb ki, bp şirkətinin heç də bütün işçiləri digər mobil operatora keçməyib: «Elə işçilər var ki, hələ "Azercell"in servisindən istifadə edir".