21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Avropada piratçılığın qarşısını almaq üçün Telekommunikasiyalar haqqında yeni qanun hazırlanıb. Faylları qeyri-leqal köçürən kəslərin internetdən çıxarılmasını göstərən qanun Avropa ittifaqına daxil olan hər bir üzv üçün əsasdır.
Yeni qanun ilk növbədə ən çox musiqi və filmlər olan veb-saytlar əleyhinə yönəldiləcək. İnternetdən qanunsuz olaraq musiqi və əsərlər köçürülərkən internet provayderlər kompüterlərin İP-ünvanını müəyyən edəcəklər. Piratçıları internetdən ancaq məhkəmə qərarı əsasında çıxartmaq mümkündür. Yeni qanun Avropa İttifaqına özv olan ölkələrdə internet quldurlarının əleyhinə ciddi tədbirlər görməyə imkan yaradacaq.
Fransa hakimiyyəti artıq planı bəyənib və qanuna uyğun olaraq internetdə müəllif hüquqlarını pozanların bir il ərzində internetə daxil olmağını məhdudlaşdırmağın tərəfdarıdır. Qanuna əsasən piratçıları üç dəfə xəbərdarlıq edəndən sonra internetdən çıxartmaq olar. Fransada bu qanun bir neçə ay ərzində müzakirə edilmişdir. Xüsusi yaradılmış dövlət agentliyi birinci pozma halında istifadəçiyə elektron -poçt vasitəsilə xəbərdarlıq göndərəcək, sonra pozma haqqında rəsmi xəbərdarlıq və nəhayət, üçüncü dəfə onu internetdən çıxardacaq.
Böyük Britaniyada internetdə qeyri-leqal faylların köçürülməsinə qarşı olan yeni siyasət aktiv istifadəçiləri də internetdən çıxartmağa imkan verəcək.
Əvvəllər isə Avroparlamentdə belə qanunu qəbul edilməmişdi. Qeyd edilirdi ki, internetə daxil olmaq insanın əsas hüquqlarından biridir. Yeni qanunun layihəsində 138-ci düzəliş istisna edilib. Burada uyğun olaraq insanı əsas hüquq və azadlıqlarından məhrum etmək ancaq məhkəmə qərarı əsasında mümkündür qeyd edilib. Layihənin yeni oxunuşunda isə belə düzəliş yoxdur.
Beləliklə, Avropa İttifaqına üzv olan ölkələr internet-provayderlərə bilavasitə müraciət edib tələb edə bilərlər ki, intellektual mülkiyyət hüququnu pozanlar internetdən çıxarılsın.