21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
2012-ci ildə qlobal fəlakətlə bağlı həyəcanlı proqnozlar yenidən gündəmə gəlib.
Astronomlar bildirirlər ki, Günəşdə baş verə biləcək anomal fəallıq Yerdə bütün elektron sistemləri sıradan çıxaracaq və sivilizasiya tamamilə iflic olacaq. Mütəxəssislərin hesablamalarına görə, Günəşdə plazma fəallığı Londonda Yay Olimpiadasının başlanması ərəfəsinə təsadüf edə bilər. Hesab olunur ki, Günəşdən yayılan elektromaqnit dalğaları peykləri, elektrik və kompyuter şəbəkələrini sıradan çıxaracaq. Ən bədbin proqnozlara görə, insanlar olimpiadanın televersiyasını görməyə bilər. Astronomların proqnozlarına görə, məhz 2012-ci ildə Günəşin 50 illik fəallığı baş verə bilər. Günəş fəallığını göstərən əlamətlərdən biri qütb parlaqlığı olacaq. Yer kürəsinin böyük hissəsi günəşin elektromaqnit dalğalarından maqnit sahəsi vasitəsilə qorunur. Qütblərdə isə müdafiə zəif olduğu üçün məhz şimal və cənub hissələrdə qeyri-adi işıqlanmalar müşahidə olunur. Qütb parıltılarının artması ilə eyni zamanda naviqasiya avadanlığının sıradan çıxması başlayacaq. Ehtimal edilir ki, dünyanın bir sıra hissələrində bir neçə sutka ərzində İnternet olmayacaq. Alimlər bildirirlər ki, Günəş fəallığı dövri səciyyə daşıyır. Orta müddət 9-14 ildir. Əvvəlki fəallıq 2000-ci ildə müşahidə olunmuşdu.
Həmin vaxt NASA alimləri növbəti dalğanın 2011-ci ildə olacağını ehtimal etmişdilər. Hazırda isə bu vaxt dəqiqləşdirilib. Tədqiqatçıların fikrincə, bu dəfəki anomal plazma tullantısı 1958-ci ildə baş verəndən daha güclü olacaq. Həmin vaxt qütb işıqlanmasını hətta Meksikada da müşahidə etmək mümkün olmuşdu. 2012-ci ilin yayında isə bu hadisəni Avropa sakinləri də görə biləcəklər.