21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
İnsanlar öz rahatlıqları üçün hər gün bir yeni kəşf edirlər. Bu dəfəki kəşf hamının sevincinə səbəb olacaq.
Bildiyimiz kimi,hər telefon markasının özünə xas şarj cihazı var. Bu da insanların haqlı narazılığına səbəb olur. Nəzərə alsaq ki, bir evdə ən azı 5 mobil telefon və hərəsinin də fərqli şarj cihazı var, onda məsələ aydın olur.
Şarj cihazlarındakı müxtəliflik ekonomik və rahatlıq baxımından çətinlik yaradır, ən əsası isə ətraf mühitə zərbədir. Hər il zibillikləri dolduran şarj cihazı yığınları ətrafımıza inanılmaz bir zərər verir, sağlamlığımız üçün təhlükə yaradır. Bunları nəzərə alan mobil telefon istehsalçıları Avropa Birliyi üçün vahid şarj cihazı standartı yaratmaq üçün qərar veriblər. Standart mini USB istehsal ediləcək.
Bu qərarı verən qruplar arasında Avropa bazarının az qala hamısını əlində tutan Apple, Sony Ericsson, Nokia, Samsung, LG və NEC kimi firmalar da iştirak edir. Əsas məqsəd vahid şarj cihazı standartına keçərək ətraf üçün böyük nisbətdə faydalı olmaqdır. Beləcə həm tullantılar azalacaq, həm də insanlar uyğun şarj cihazı axtarmayacaqlar.
Statistikaya görə, hər il Avropa Birliyi ölkələrində 185 milyon telefon və bu qədər də şarj cihazı satılır. Bəzən yeni telefon alanda əlavə olaraq, şarj cihazı da almağa məcbur oluruq. İndi isə belə problem yaranmayacaq. Vahid mini USB-dən istifadə qərarının həyata keçirilməsi ilə şirkətlər öz gəlirlərini də unutmayıblar.Belə ki, şirkətlər şarj cihazını telefonlarla birlikdə verməyəcəklər, ayrıca satacaqlar. Çünki, bütün modellər üçün eyni şarj cihazı kifayət edəcək. Bununla da firmalar öz gəlirlərindən məhrum olmayacaqlar.