21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
   Rabitə və informasiya texnologiyaları nazirinin müavini İ.Məmmədov qeyd edib ki, Azərbaycanda rabitə xidmətləri üzrə tariflərin dəyişdirilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə heç bir təklif daxil olmayıb. Hələlik rabitə xidmətləri ilə bağlı tariflərin artırılması nəzərdə tutulmur və bu barədə təkliflər olsa da, tariflər xidmətin maya dəyərinə uyğun şəkildə müəyyənləşəcək: Tarif Şurası telefon danışıqlarına olan tariflərin dəyişdirilməsinə dair təklifi nəzərdən keçirmir. Ümumiyyətlə, hazırda şuraya bu xidmətlər üzrə qiymətlərin qaldırılması və ya azaldılmasına dair təkliflər daxil olmayıb. Nazirliyin şuraya müraciət edə biləcəyi yeganə məsələ telefon xidmətləri qiymətlərinin maya dəyərinə yaxınlaşdırılması ilə bağlı ola bilər. Bu, ya aylıq abunə ödəmələrinin qaldırılması, ya da beynəlxalq danışıq qiymətlərinin endirilməsi hesabına reallaşdırıla bilər. 
   Xatırladaq ki, 2007-ci il iyunun 1-dən ölkədə telefon danışıqları üzrə yeni tariflər qüvvəyə minib. Respublika ərazisində telefon danışıqları üzrə abunəhaqları 0,7 manatdan 2 manatadək artırılıb. Bunun əvəzində isə əölkə daxilində beynəlxalq danışıqlara görə haqlar 1 dəqiqə üçün 0,09 manatdan 0,07 manatadək endirilib. O cümlədən MDB və Baltik ölkələrinə zənglərin qiyməti 0,45 manatdan 0,36 manata, İran, Türkiyə, Pakistana 0,54 manatdan 0,45 manata, Avropa ölkələrinə 0,72 manatdan 0,54 manata, ABŞ və digər ölkələrə 0,9 manatdan 0,54 manatadək endirilib. 
   
   Şəhərdaxili danışıqlarda limitlərin tətbiq olunması isə Bakı şəhəri üzrə ATS-lərin 100 faiz elektronlaşmasından sonra tətbiq olunacaq. İ.Məmmədov qeyd edib ki, hələlik paytaxt üzrə 10 - 12 faiz elektronlaşmamış ATS-lər var və prosesin yaxın vaxtlarda başa çatması üçün müvafiq tədbirlər davam etdirilir. 
xeberler.az/Ellada