21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Elektron
Hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
Məlumat Hesablama Mərkəzi “Azərbaycanda “Elektron hökumət” mövcud vəziyyət,
problemlər, perspektiv və gözləntilər” mövzusunda publisistik məqalə və video
süjet müsabiqəsinin nəticələri gələn həftə açıqlanacaq. Məlumatı Xeberler.az-a Mərkəzin ictimaiyyətlə
əlaqələr üzrə mütəxəssisi Ruhəngiz Mehmanqızı verib. 
Mərkəzin
ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi təşkilat komitəsinə daxil olmuş 100-ə
qədər materialdan qaydalara cavab verən 48 məqalə, 7 video materialın artıq
münsiflər heyətinin ixtiyarına verildiyini, gələn həftə  qaliblərin adlarının açıqlanacağını bildirib:
“Müsabiqə “Elektron Hökumət nədir”, “Elektron Hökumət portalına nə üçün
ehtiyacımız var”, “Elektron Hökumət necə fəaliyyət göstərir” və “Elektron
Hökumətin cəmiyyət üçün faydaları” mövzularını əhatə edib. Müsabiqədə
jurnalistlərlə yanaşı, elmi işçilər, mütəxəssislər və elektron hökumətlə maraqlanan
18 yaşından yuxarı şəxslər iştirak edib. Müsabiqə üçün dil və janr məhdudiyyəti
nəzərdə tutulmayıb”.
Ruhəngiz Mehmanqızı yazı və videoları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müəyyən etdiyi peşəkar münsiflər qiymətləndiyini bildirib: “Müsabiqənin nəticələri “Elektron hökumət” portalında dərc olunacaq. Mükafat fondu isə belədir: 1-ci yer - 2500 manat , 2-ci yer - 1500 manat 3,4,5-ci yerə isə noutbuk hədiyyə olunacaq. Hər bir iştirakçıya e-imza vəsiqəsi və kart oxuyucu təqdim ediləcək”.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi müsabiqəni oktyabrın 3-də elan etmişdi.
Mirvari Nəcəf