21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Koreyanın “LG Electronics” şirkəti baş direktoru Nam Yonqun istefa verdiyini açıqlayıb.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nam Yonqun istefaya verməsinin səbəbi mobil telefon biznesində qlobal struktur dəyişikliyinə dair planların baş tutmaması olduğu güman edilir.
Yeni baş direktor vəzifəsinə Lucky Goldstar (LG) şirkətlər konqlomeratının təsisçi ailəsinin qohumu 59 yaşlı Ku Bon Cun təyin edilib. Bundan əvvəl o, beynəlxalq satış istiqamətinə, eləcə də “LG International” bölməsinə rəhbərlik edib. Ki Bon Cun maye kristal panellərin istehsalı ilə məşğul olan “LG Display” şirkətinin top-menecerlərindən biri olub. Mobil biznesin rəhbərliyinə şirkətin əsas menecerlərindən birinin təyin edilməsi “LG Electronics”-in telefon sektorunu özü üçün prioritet istiqamət seçməsi deməkdir.
Xatırladaq ki, 2005-2008-ci illər ərzində “LG Electronics” dünya mobil telefon istehsalçıları reytinqində altıncı yerdən üçüncü pilləyə yüksələ bilib. Lakin ötən il bazarda “Apple” və ‘Googe” kimi brendlərin təzyiqi altında Koreya şirkətinin mövqeləri yenidən aşağı düşməyə başlayıb.