21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Silverkey Technologies şirkətlər üçün GoldenPay sisteminə sürətli və asan qoşulmaları üçün xüsusi «QUICKPAY» xidmətini təqdim edib. Bu xidmət sayəsində GoldenPay sistemini bir gün ərzində aktiv etmək mümkündür. Bunun üçün siz müqavilə imzalandıqdan sonra, şəxsi Veb Səhifənizdə «Online Ödəmə» düyməsi yaradıb onu Silverkey tərəfindən veriləcək linklərə yönləndirməlisiniz.
Bu günə qədər «QUICKPAY» xidmətinə 3 şirkət daxil edilib.Həmin şirkətlər aşağıdakılardır:
1. Bakı Turizm və İnformasiya Mərkəzinin portalı – 
(http://www.bakutourism.az). Artıq siz hotel üçün internet üzərindən geydiyyatdan keçərək, göstərilmiş xidmətə görə internet vasitəsilə ödəniş apara bilərsiniz.
2. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin layihəsi - «Xalq Kompüteri»
(http://www./xalqcomp.az). Layihə çərçivəsində kompyuter alan müəllimlər kreditlərini istənilən plastik kartı, hətta əmək haqqı kartlarını istifadə eləyərək ödəyə bilərlər.
3. «SOS Uşaq Kəndləri» xeyriyyəçilik fondu (http://www.soschildren.az). Xeyriyyəçiliklə məşğul olmaq istəyən insanlar dünyanın istənilən ölkəsindən plastik kart vasitəsi ilə fondun hesabına istənilən məbləğdə yardım eləyə bilərlər.
Eyni zamanda, Azərbaycanda ilk internet-xərrac olan Sintada da (http://www.sinta.az) GoldenPay sistemi tətbiq edilib. Bu həm Azərbaycan vətəndaşlarına, həm də digər ölkə vətəndaşlarına xərraclarda online iştirak etmək üçün plastik kart «Visa/ Visa Eleсtron» və «MasterСard/Maestro» balanslarını doldurmağa imkan verir.
“GoldenPay” sistemi 2008-ci ilin dekabr ayında “SilverKey Azərbaycan” şirkəti (www.silverkey.az) tərəfindən Azərbaycanın ilk internet ödəmə sistemi kimi təqdim olunmuşdur. Bu sistem fəaliyyət göstərmək üçün “Visa” və “MasterCard” beynəlxalq ödəmə sistemləri tərəfindən lazımı tələblərə cavab verir. GoldenPay “Verified by Visa” və “Mastercard SecureCode” lisenziyalarının sahibidir. Təhlükəsizliyin yüksək səviyyədə olması üçün GoldenPay sistemi “VeriSign SSL” şifrələnməsindən istifadə edir.