21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
İyulun 2-də Cisco “Bölünmüş şəbəkələrdə proqramların iş sürətinin artırılması üçün Cisco WAAS-ın tətbiqi” mövzusunda internet-seminar (vebinar) keçirəcək. Cisco-nun Mərkəzi Asiyanın sistem mühəndisləri üzrə meneceri Rövşən Əkbərovun verdiyi məlumata əsasən, internet-seminarda Cisco-nun Azərbaycandakı tərəfdaşlarının nümayəndələri, hökumət təşkilatları və biznes-qurumların İT-mütəxəssisləri və s. insanlar iştirak edə bilər.
Seminarın proqramına aşağıdakılar daxildir: trafikin optimallaşdırılması üzrə Cisco WAAS texnologiyasına baxış, WAAS və WAVE aparat platformaları, WAAS infrastrukturunun qurulması, müxtəlif proqramların optimallaşdırılmasının effektivliyi, WAN kanalları üzrə verilənlərin ötürülməsinin yoxlanması, trafik və optimallaşdırma effektivliliyinin monitorinqi, konkret proqramlar üçün xüsusi otpimallaşdırma.
Qeyd edək ki, WAAS sistemləri TCP trafikinin optimallaşdırılması üzərində birgə çalışan qurğular dəstidir. Həmin qurğular trafiki optimallaşdırmanın daxili siyasətlərinə uyğun olub-olmamasını yoxlayır və yaxud optimallaşdırılmamış şəkildə buraxır. Cisco WAAS verilənlər axınlarının optimallaşdırılması üçün müxtəlif texnologiyalardan istifadə edir ki, bu da, şəbəkənin buraxılış imkanlarına, paketlərin itirilməsinə, şəbəkələrin yüklənməsinə və verilənlərin təkrar ötürülməsinə aid olan problemlərdən yayınaraq, verilənlərin WAN vasitəsilə ötürülməsinə yardım edir. Verilənlərin sıxılması, TCP pəncərəsinin miqyaslanması, ACK-nın ötürülməsi, buferləşdirmənin artması, BİC TCP və s. kimi funksiyalar optimallaşdırma üçün istifadə olunur. // xeberler.az/Ellada