21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mobil rabitə nömrələrinin bir operatordan digərinə daşınması qaydalarının layihəsini gələn həftə təsdiq olunmaq üçün aidiyyatı qurumlara təqdim edəcək.
Bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
Onun sözlərinə görə, mobil rabitə nömrələrinin daşınması sisteminin tətbiqi üçün ölkədə bununla bağlı hüquqi baza olmalıdır: «Nömrələrin daşınması ilə bağlı qaydaların layihəsi artıq hazırlanıb və dəfələrlə ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları ilə müzakirə olunub, onların rəy və təklifləri nəzərə alınıb. Ramazan bayramından sonra qaydaların layihəsi son variantını təsdiq edilməsi üçün aidiyyatı qurumlara təqdim olunacaq».
Nazir müavini həmçinin qeyd edib ki, hüquqi baza yaradılandan sonra daşınan mobil rabitə nömrələrinin ölkədə tətbiqinə başlanılacaq: «Hesab edirəm ki, cari ilin sonunadək bu işlər tam başa çatırılacaq və daşınan nömrələrdən istifadə etmək mümkün olacaq».
Qeyd edək ki, daşınan mobil rabitə nömrəsinin sahibi istənilən vaxt nömrəsini dəyişmədən bir mobil rabitə operatorundan imtina edib, digərinin xidmətlərindən istifadə edə biləcək.
mənbə: APA