21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Qlobal Şəbəkənin ixtiraçısı hesab olunan Tim Berners Li internetə çıxışı tam pulsuz etməyə çağırıb.
Londonda keçirilən Nokia World konfransında çıxış edən alim xatırladıb ki, hazırda Qlobal Şəbəkədən Yer Kürəsinin hər beşinci sakini istifadə edir. Mobil rabitə şəbəkələrinin geniş yayılması qalan 80 faizin də şəbəkə xidmətlərindən yararlanmaq imkanı olacağına ümid verir. Lakin çoxlarının buna maddi imkanı yoxdur. “Əvvəl mən deyirdim ki, insanları su və tibbi yardımla təmin etmək, və bütün bunlardan sora internet kimi bu cür sərvət vermək lazımdır. Əslində isə bu bir qədər belə deyil. Şəbəkə elə həmin tibbi xidmət üçün olduqca faydalı ola bilər. Həmin tibbin səviyyəsi Qərb ölkələrindən xeyli aşağı olsa belə, hazırda bir çox inkişaf edən ölkələrdə müşahidə olunan səhiyyə vəziyyəti ilə müqayisədə olduqca yüksək olacaq. Bundan əlavə yerli əhali həyatlarının ən müxtəlif sahələri barədə belə fikir mübadiləsi apara bilər. İnformasiya cəmiyyətindən kənarda qalmaq – ciddi çatışmamazlıqdır”, - deyə T. Berners Li qeyd edib. 
Hökumətlər zəif keçirtmə qabiliyyətli genişzolaqlı çıxış üzrə xidmətlərin göstərilməsini vergidən azad etməlidir, operatorlar isə bu cür xidmətləri pulsuz təqdim etməlidir. 
İnternetin yaradıcısının bu fikirləri bu yaxınlarda Qlobal Şəbəkəyə çıxışın insanın universal hüququ olmasının vacibliyi haqqında bəyan edən Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi (BTİ) Hamadun Turenin mövqeyi ilə üst-üstə düşür. 
BTİ-nin baş katibi qeyd edib ki, buna baxmayaraq səlahiyyətli təşkilatların rəhbərlikləri internetin kasıb ölkələrin inkişafında böyük rolunu qəbul etsələr də əsas prioritetin digər istiqamətlərə (içməli su və s.) verilməsini daha vacib hesab edirlər.