21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bazar günü, axşam saatlarında NASA Günəş sistemi sərhədlərinin məsafədən öyrənilməsi üçün nəzərdə tutulmuş süni peykin orbitə buraxılmasını həyata keçirib. IBEX (Interstellar Boundary Explorer - Ulduzlararası Sərhəd Tədqiqatçısı) adlı cihaz Sakit Okean üzərində təyyarə bortundan Pegasus daşıyıcı-raketinin köməyi ilə buraxılıb. 
Peykin əsas məqsədi – Günəş sisteminin – heliosferin sərhədlərinin öyrənilməsi və xəritəyə köçürülməsindən ibarətdir. Bu, günəş küləyinin ulduzlararası cisimlə toqquşduğu sahədir. Günəşdən uçan hissəciklər əvvəlcə sürətini azaldır, sonra isə öz hərəkət istiqamətini əks tərəfə dəyişir. IBEX-in detektorları həm əks olunmuş və ulduzlararası sahə ilə qarşılıqlı əlaqədə olmuş Günəş sistemi hissəciklərini, həm də, bizim sistemə daxil olmuş bilavasitə ulduzlararası sahənin atomlarını tutacaqlar.   
Bu hissəciklərin enerjisindən, eləcə də onların hərəkət istiqamətlərindən Günəş sistemi sərhədlərinin forma və xüsusiyyətləri barədə nəticələr əldə etmək olar.  Günəşdən 12 milyard kilometr məsafədə olan bu sahə haqqında indiyədək olduqca az məlumat mövcuddur. Kosmik tədqiqatlar tarixi boyu heliosferə 1977-ci ildə buraxılmış “Voyacer - 1” və “Voyacer-2” adlı iki kosmik cihaz daxil ola bilib. Bu cihazlar heliosferə iki yerdən daxil olublar və bunun nəticəsində heliosferin yastı formada olmasını təyin etmək mümkün olub. IBEX Günəş sistemi sərhədlərinin ümumi görünüşünü müəyyən etməyə kömək edəcək.
Süni peykin işinin iki il davam edəcəyi gözlənilir.
xəbərlər.az/Ələkbər