21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Intel şirkətinin direktorlar şurasının sədri və keçmiş rəhbəri Kreyq Barret 2009-cu ilin may ayında şirkəti tərk edəcək.
Onun gedişi haqqında dəqiq məlumat yoxdur, lakin son zamanlar maliyyə böhranı ilə bağlı Intel-in mənfəəti azalıb. Belə ki, 2008-ci maliyyə ilinin dördüncü rübünün yekunları üzrə şirkətin gəliri 2007-ci ilin həmin dövrü ilə müqayisədə 90% azalıb. Bu yaxınlarda isə Intel işçi heyətinin bir hissəsinin işdən azad olunmasını, eləcədə beş zavodun bağlanmasını nəzərdə tutan gələcək struktur dəyişiyi haqqında elan edib.
K.Barretin gedişindən sonra, onun tutduğu vəzifəyə 1993-cü ildən Intel-in direktorlar şurasının üzvü olan Ceyn Şou təyin ediləcək, Lenta yazır.
35 ildir ki Intel-də çalışan Kreyq Barret 1998-ci ildən 2005-ci ilədək icraçı direktor kimi fəaliyyət göstərirdi. Bu vəzifədən o, şirkətin qaydalarına əsasən, 65 yaşı tamam olması ilə əlaqədar kənarlaşmaq məcburiyyətində qalmışdır.
Xatırladaq ki, ötən ilin iyun ayında K.Barret Azərbaycana səfər etmişdir. Onun səfəri zamanı Intel şirkəti, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Təhsil Nazirliyi arasında informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair protokol imzalanmışdır.
xeberler.az/Ellada