21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Moskvada keçirilən konfransda Azərbaycanın iqtisadi inkişafı və telekommunikasiya sektorunun iqtisadiyyatdakı rolu barədə məlumat veriləcək
MDB dövlətləri və Avrasiyanın telekommunikasiya liderləri fevralın 24-27-də Moskvada keçirilən “Telecoms World Russia & CIS 2009” konfransına toplaşıblar.
Artıq üçüncü dəfədir keçirilən konfrans Avrasiya regionunun kommunikasiya sahəsində ən iri forum hesab olunur. Konfransda regionun aparıcı operatorları, sərmayəçilər və servis-provayderlərin iştirakı ilə bu sahədəki problemlərlə bağlı peşəkar müzakirələr, aktual diskussiyalar keçirir.
Konfransın Avrasiya regionuna həsr olunmuş gününün əsas çıxışçısı olan “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan İnkişaf edən ölkələrin iqtisadi artımında telekommunikasiya sektorunun rolu mövzusunda məruzə ilə çıxış edəcək. O, çıxışı zamanı Azərbaycanın iqtisadi inkişafı barədə məlumat verməklə yanaşı, eyni zamanda telekommunikasiya sektoru inkişaf edən ölkələrin iqtisadi artımının davamlılığının təmin olunmasındakı rolu barədə danışacaq.
“Bizim bu nüfuzlu konfransda iştirakımızın əsas məqsədi ölkəmizi təmsil etmək, bütün dünyanı bürüyən iqtisadi böhran fonunda inkişafımızın davamlılığı barədə məlumat verməkdir”,- deyə Ali Ağan bildirib.
Forumda çıxışlarla yanaşı, müxtəlif təqdimatlar keçiriləcək, İT sahəsindəki yeni məhsullar və xidmətlər nümayiş etdiriləcək, yeni texnologiyalar barədə məlumat veriləcək. Konfrans günlərində işçi görüşlər zamanı yeni texnologiyaların gələcəyin tendensiyalarına təsiri araşdırılacaq, iştirakçıların yeni biznes əlaqələri qurmaq və mövcud peşəkar münasibətləri möhkəmləndirməsi üçün imkanlar yaradılacaq.