21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Şahin Ağabəyli: "Yeni qurum jurnalistlərin hüquqlarının müdafiəsi ilə məşğul olacaq"
“Milli Yol” qəzetinin və “Poliqon” İnformasiya Agentliyinin baş redaktoru Şahin Ağabəyli yeni media qurumu yaradır.
Bu barədə Qaynar.info-ya baş redaktorun özü məlumat verib.Yeni qurum jurnalistlərin hüquqlarının müdafiəsi ilə məşğul olacaq.
Şahin Ağabəyli bildirdi ki, əqidəsindən asılı olmayaraq müxtəlif mətbuat orqanlarında çalışan jurnalistlərin hüquqlarının qorunması, dövrü mətbuatda çalışan jurnalistlərin əmək müqaviləsi ilə təmini, gənc jurnalistlərin bəzi mətbu orqanlar tərəfindən istismar edilməsinin qarşısının alınması və fövqəladə ictimai-siyasi proseslərin gərginləşdiyi məqamda jurnalist haqlarının qorunması və bu jurnalistlər haqqında cəmiyyətə dolğun informasiyaların çatdırılmasını təmin etməkdən ibarət olacaq.
Ş. Ağabəyli qeyd edir ki, yaranan yeni təşkilat Mətbuat Şurası, “Xural”, “Yeni Müsavat”, “Azadlıq”,  “Yeni Azərbaycan”, “İki Sahil” qəzetləri, Turan, APA, Trend və s. KİV-lərlə görüşlər keçirəcək. 
Təşkilatın elan olunması ilə bağlı mətbuat konfransı oktyabr ayının 16-da saat 13-00-da Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun mətbuat mərkəzində keçiriləcək.