21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanın “Sinam” şirkəti təhsil üçün nəzərdə tutulmuş proqram həllərinin işlənib hazırlanması ilə məşğul olan Almaniyanın “İMC” şirkəti ilə tərəfdaşlıq haqda razılaşma imzalayıb.
Şirkətin başı ofisindən verilən məlumata görə, “İMC” şirkəti “Learning Management Systems” (LMS) bazarının lideridir. Tərəfdaş statusu “Sinam” şirkətinə təhsildə həll və proqram məhsullarının tətbiqi ilə məşğul olan “İMC” şirkətinin məhsul və həllərinin lokallaşdırılması ilə məşğul olmağa imkan verəcək.
“İMC” şirkətinin “Learning Management System - CLIX”, “Rapid Authoring System - Lecturnity”, “High End authoring tool - Powertrainer”, “Electronic Performance Support System (EPSS) - Livecontext” və “Open Content Community - Slidestar” kimi məhsulları var. “Sinam” şirkəti “İMC”-nin bəzi proqram məhsullarını artıq Azərbaycanda uğurla tətbiq edir.
Xatırladaq ki, “Sinam” şirkəti Azərbaycanın informasiya texnologiyaları bazarında 14 ildir fəaliyyət göstərir. “Sinam” yerli bazarda müasir informasiya texnologiyalarının və həllərinin təchizatçısıdır. Şirkətin fəaliyyəti Azərbaycanın müxtəlif institutlarının biznes-proseslərinin səmərəliliyinin artırılmasına və optimallaşdırılmasına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, həmçinin yeni Azərbaycan cəmiyyətində informasiya mübadiləsinin təkmilləşdirilməsinə istiqamətlənir.