21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) mobil telefon istifadəçilərinə gizli nömrələrdən edilən zənglərin qarşısını almaq üçün yeni tənzimləyici sənəd hazırlamağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
“Biz də hesab edirik ki, gizli nömrələrdən zəng etmək düzgün deyil. Bununla bağlı müraciətlər, şikayətlər çoxdur. Müəyyən tədbirlər görüləcək. Lakin elə etmək lazımdır ki, bu, mobil operatorların kommersiya fəaliyyətinə mənfi təsir göstərməsin”, - nazir bildirib.
Əli Abbasov əlavə edib ki, tənzimləyici orqan kimi RİTN-in belə hallara qarşı mübarizə aparmaq üçün müəyyən səlahiyyətləri var.
Nazirin sözlərinə görə, gizli nömrələrdən edilən zənglərdən narazı qalan abunəçilər öz hüquqlarını qanunla və məhkəmə yolu ilə müdafiə edə bilərlər.
“Bakcell” və “Azercell” mobil operatorlarının yeni tarif sisteminə keçməsinə gəlincə, Abbasov qeyd edib ki, bunun nəticəsində mobil rabitə qiymətləri azalacaq.
“Bu proses artıq başlayıb. Yaxın günlərdə nəticəsini görəcəksiniz”, - nazir deyib.