21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
"Hazırda Azərbaycanda ən yüksək piratçılıq kompüter piratçılığı sayılır."- bu barədə Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov bildirib. O kompüter proqramları sahəsində piratçılığın səviyyəsinin 90 faiz olduğunu söyləyib: ”Söhbət müxtəlif növ kompüter proqramlarından - “Driver” xüsusi əməliyyat proqramından, əməliyyat sisteminin proqram təminatından, tətbiqi proqramlardan və məlumat bazalarından gedir. Hazırda musiqi əsərləri bazarında olan SD və DVD-lərin isə 80 faizə yaxını pirat məhsullardır”.
K. İmanovun sözlərinə görə, buna baxmayaraq, Azərbaycanı ən pirat dövlətlər sırasına aid etmək olmaz: “Hər il ABŞ tərəfindən pirat dövlətlərin siyahısı elan olunur, Azərbaycanın adı o siyahıda yoxdur. MDB-dən isə həmin siyahıya 8 dövlətin adı salınıb”.
MHA sədri deyib ki, piratçılığın qarşısını almaq üçün hüquqi maarifləndirmə işi aparılmalı, əqli mülkiyyət mədəniyyəti formalaşdırılmalı və hüquq-mühafizə orqanları ilə birgə reydlər təşkil olunmalıdır: “Yaxın zamanlarda Agentliyimiz bu reydlərin keçirilməsinə başlayacaq”.
K. İmanov Azərbaycanda piratçılığa qarşı daha effektiv mübarizə aparmaq üçün MHA-nın Əqli Mülkiyyət Mərkəzinin yaradılması təklifi ilə çıxış etdiyini də vurğulayıb: “Çalışacağıq ki, bazarda tərkibində əqli mülkiyyət olan məhsullarının hamısının üstündə xüsusi holoqram olsun. Azərbaycanda İnternetdə Rəqəm Hüquqlarının İdarə Olunması Mərkəzi də yaradılacaq. Hazırda internetdə piratçılıq həddən artıq yayılıb. Bununla bağlı da Agentliyimiz təkliflərini təqdim edib”.APA