21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bakının 2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı yaradılmış internet saytının və Azərbaycana həsr olunmuş sənədli filmlərin təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, “baku-icc-2009.az” saytı beş dildə - Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində hazırlanıb. Saytda mədəniyyətin müxtəlif sahələrinə aid bölmələrlə yanaşı, paytaxtla bağlı hazırlanmış video-rolik də yer alıb. Saytın təqdimatında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir il müddətində keçiriləcək bütün tədbirlərin saytda işıqlandırılacağını deyib: “Azərbaycan mədəniyyəti ilə bağlı saytda yer alacaq bütün məlumatları xaricdən də izləyə biləcəklər. Bu addım da Azərbaycan mədəniyyətinin təbliğinə yönəldilib və uğurlu nəticəsinin olacağına inanıram”.
Ə. Qarayev deyib ki, Azərbaycana həsr olunmuş filmlər bir il müddətində müxtəlif tədbirlərdə göstəriləcək. Bu filmlər arasında “Azərbaycan xalçaları”, “İçərişəhər”, “Azərbaycan musiqisi”, “Memarlıq abidələri” və digərlərinin adını qeyd edən nazir kino əsərlərinin artıq hazır olduğunu diqqətə çatdırıb. Saytın təqdimatında İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri də iştirak edib.