21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
2010-cu ildə İKT və poçt sektorunda gəlirlər 2009-cu ilə nisbətən 31,3% artaraq 1158,9 milyon manata çatıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən xəbərə görə, il ərzində regionların telekommunikasiya şəbəkəsinin tam elektronlaşması başa çatdırılıb. Ölkənin ən ucqar yaşayış məntəqələrində müasir tipli elektron ATS-lərin qurulması təmin edilib. Ötən il mobil abunəçilərin sayı təxminən 1 342 880 nəfər artaraq 9 100 000 nəfərə çatıb. Beləliklə də ölkədə “Hər 100 nəfərə 100 mobil abunəçi” layihəsi icra edilib. Dünya Bankının maliyyə dəstəyilə Respublikada həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsi 2010-cu ildə uğurla başa çatıb. Yeni bank-maliyyə xidmətlərinin göstərilməsinə başlanılıb. Respublikanın bütün ərazisini əhatə edən “AzDataCom şəbəkəsinə ölkənin əksər rayonlarının qoşulması təmin edilib. 2010-cu ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması işləri çərçivəsində orbital mövqedən istifadə, peykin istehsalı və orbitə çıxarılması üzrə müqavilələr imzalanıb. Bakı və Abşeron yarımadası ilə yanaşı, Gəncə, Lerik və ətraf rayonlarda rəqəmsal televiziyanın yayımına başlanılıb.
Beləliklə, respublika əhalisinin təqribən 50 faizinin yaşadığı ərazilərdə rəqəmsal televiziya yayımının göstərilməsi imkanı təmin edilib. Ötən il ərzində internetin qiymətləri təqribən 50% aşağı düşüb. Həmçinin, 2010-cu ildə “Xalq kompüteri” layihəsinin yeni mərhələsinə başlanılıb.