İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Şaxta babadan məktub var!

31.12.2009 [14:46]

Fontu böyüt:      

..Eşitdim,bu il Siz tərəflərdə İT sahəsində maraqlı irəliləyişlər olub.Hətta neçə vaxtdır bu sahədə ən böyük probleminizdən olan internet qiymətləri bir qədər aşağı düşüb.

Salam əziz, AZNET əhli, mən soyuq Laplandiya torpağında əyləşib sizə bu məktubu yazıram.Artıq 2009-cu ilə əlvida deməyə saatlar qalıb, bütün ölkələrdə ilin yekunlarına dair müxtəlif sahələrdə hesabatlar verilir.Mən də imkan daxilində həmin hesabatlarla tanış olmağa çalışıram.Bu dəfə də İnformasiya Kommunikasya Texnologiyaları sahəsində Sizin ölkədə 2009-cu ildə baş verən hadisələrə münasibət bildirəcəyəm.Daha doğrusu mənə gəlib çatan xəbərləri təkrarən ümumi formada Sizə çatdırmağa çalışacağam.Nə yaxşı ki, bu internet var, məsafə uzaq olsa da istənilən yerdə baş verən hadisələrdən operativ şəkildə xəbər tuta bilirik. Bəlkə bilmədiklərim də var, onları da bilməmdə mənə yardımçı olsaz sevinərəm...

..Eşitdim,bu il Siz tərəflərdə İT sahəsində maraqlı irəliləyişlər olub.Hətta neçə vaxtdır bu sahədə ən böyük probleminizdən olan internet qiymətləri bir qədər aşağı düşüb. Bu çox sevindirici haldır, ümidavarm ki, bundan sonra da qiymətlərdəki bu enmə davam edər və dünyada artıq tarixə çevrilən dial-up qoşulmaya Sizdə də birdəfəlik son qoyular.

...Daha sonra eşitdim ki, bu yaxınlarda artıq Siz də 3G texnologiyasından istifadə edən ölkələr sırasına qoşulmusuz.Düzdü buralarda artıq 4Gdən istifadəyə başlanılıb, 5G-dən dəm vururlar,amma olsun zərər yoxdu.Hə, bir də  həmin 3G lisenziyası ilə bağlı bir qədər qanqaraçılıq olduğunu eşitdim ölkənizdə,amma bayram günü olduğundan bu haqda çox danışıb kefinizi pozmaq istəmirəm.

WiMAX texnologiya və onlayn ödəmə sahəsində də inkişaf olduğunu dedilər bu il.Çox yaxşı, bunlar sevindirici hallardır və cani-könüldən bu cür uğurlarınızın davamını diləyirəm.

...2009-cu il başlayar-başlamaz, xəbər gəldi ki, Sizdə bir xeyli gənc yığışıb  Barcam Caspian adında bir tədbir keçirdib. Eşitdiyimə görə çox maraqlı bir layihə kimi yadda qalıb bu tədbir.Həmin tədbirdə iştirak edən 16 ölkədən olan qonaqlar, daha sonra bu tərəflərə gəlib öz razılıqlarını və xoş təəssüratlarını bildirdilər. Elə deyəsən bu tədbirin dadı Sizin də damağınızdan getməmiş olacaq ki, üstündən çox az müddət  keçmiş bu tipli daha bir neçə tədbir keçirildi: IT-Media-QHT başlığı altında keçirilən KörpüKamp layihəsini və Barkamp Azərbaycan 2009-u nəzərdə tuturam.

...Amma bunlar qeyri-rəsmi tədbirləriniz idi, deyəsən, çünki daha sonra Bakutel 2009 adlı sərgi-konfransınız da oldu. Dövlət başçınızın da açılışında iştirak etdiyi hər il mütəmadi şəkildə keçirilən bu sərgidə beynəlxalq tədbirləriniz də oldu.Bu çox müsbət bir addımdır.Amma ümidvaram ki, gələcəkdə bu tədbirləri təşkil edən bir ölkənin İT sahəsində daha böyük irəliləyişlərinin şahidi olarıq.

Daha sonra bir İnternet Forum da keçirildi,əvvəl həmin Forumun qarşısında Azərbaycanda keçirilən ilk İnternet Forum sözünü görüb,açığı çox təəccübləndim.Çünki dünya ölkələri bu sahədə artıq beynəlxalq Forumlar təşkil etdikləri bir dövrdə,Sizdə bu Forumun hələ indi keçirildiyinə məəttəl qaldım.Amma sonra öyrəndim ki, yox deyəsən, bu tip Forumlar Siz tərəflərdə hələ 1990-ci illərin sonlarında Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilib.Amma zərər yoxdu, ilk və ya sonrakı əsas odur ki, məqsəd ölkənizdə İT sahəsində irəliləyişə aparacaq nəsə etməkdir.

Tədbirlər haqda çox uzun danışdım deyəsən, amma ilin sonuna yaxın keçirilən Milli Net – Milli İnternet Mükafatının təqdimat mərasimini qeyd etmiyə bilmərəm.Düşünürəm ki, bu mükafatın və bu tip mükafatların təsis olunması indiki dövrdə Aznet üçün çox böyük əhəmiyyət kəsb edir.Ən azı ona görə ki, rəqabət deyilən anlayış ortaya gəlir, rəqabət olan yerdə də inkişafın olduğuna heç kimin şübhəsi yoxdu.

Hə, hələ ki, mənə gəlib çatan xəbərlər bu qədər.Ola bilsin, bu sahədə baş verən  bəzi hadisələrdən də xəbərim olub,amma qoca kişiyəm də xatirimdən çıxa bilər, üzürlü sayın...

...Və sonda Sizə bu məktubumu çatdırmaqda yardımçı olan, İnformasiya Kommunikasya Texnologiyaları  portalı olan xeberler.az-a da təşəkkürümü bildirirəm.Eşitdiyimə görə, təxminən 1 ildən artıqdır ki, fəaliyyətdədirlər.Bundan sonra da fəaliyyətlərinin davamını, ölkənizdə və dünyada baş verən İT hadisələr haqda operativ və obyektiv xəbər yayımlamağı diləyirəm.Qoy, yayımlasınlar ki, mən də uzaq Laplandiyada Sizin məmləkətinizdə bu sahədə baş verənlərdən xəbərdar olum.

Növbəti ilin xalqınıza daha çox uğur gətirməsini diləyirəm. Bu soyuq havalarda Sizə ən isti və səmimi arzularımı çatıdırıram. Madam ki, bu dəfə İnformasiya Kommunikasya Texnologiyaları sahəsindən danışdım, elə bu sahədə çalışan,bu sahəylə əlaqəsi olan hər kəsin bayramını məxsusi olaraq təbrik edirəm.Bayramınız mübarək!

Hörmətlə:Şaxta Baba. 31 Dekabr 2009-cu il

Biz də xeberler.az olaraq,Şaxta babanın bu arzularına qoşuluruq və xalqımızı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirik!


xeberler.az/Ellada
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar