İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“KoçSistem” Azərbaycanda ilk beynəlxalq şirkətini yaradıb

06.11.2014 [22:19]

Fontu böyüt:      

Bakıda türk texnologiya lideri “KoçSistem”in Azərbaycanda ilk beynəlxalq şirkətinin - “KoçSistem Azərbaycan”ın təqdimatı keçirilib.

Noyabrın 6-da Bakıda türk texnologiya lideri “KoçSistem”in Azərbaycanda ilk beynəlxalq şirkətinin - “KoçSistem Azərbaycan”ın təqdimatı keçirilib.

Tədbirin açılışında çıxış edən Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bildirib ki, ölkənin perspektiv sahələrindən biri olan İKT sektorunda gələcək inkişafın əsasını qoyan bir sıra layihələr həyata keçirilir.

“Bu kontekstdə ölkədə xarici İT şirkətlərinə olan tələbat artır və onların yerli bazarda fəaliyyət göstərməsi üçün hər bir şərait yaradılır ki, həmin müəssisələr yeni avadanlıq və texnologiyaları Azərbaycanda tətbiq edə bilsinlər. Bu şirkətlərdən biri də data xidmətləri, elektron xidmətlər sahəsində böyük təcrübəyə malik “KoçSistem” şirkətidir. Azərbaycanda informasiya texnologiyaları və elektron hökumət sahəsində bır sıra böyük yeni layihələr həyata keçirilir. Bu layihələr tək Bakını deyil, ölkənin bütün regionlarını əhatə edir. Yeni layihələrin reallaşdırılması prosesində “KoçSistem” kimi İT üzrə təcrübəli şirkətlərin iştirakı olduqca vacibdir. “KoçSistem” hazırda Azərbaycanda 4-5 layihədə iştirak edir. Şirkət “ağıllı” binaların, stansiya mərkəzlərinin yaradılması ilə bağlı konkret təklifləri təqdim edib. Eyni zamanda, elektron innovasiyaların tətbiqi, Avropa Olimpiya Oyunlarının təşkilində iştirakla bağlı da şirkətin planları var”, - deyə nazir müavini qeyd edib.

“KoçSistem” şirkətinin rəhbəri Məhmət Nalbantoğlu öz növbəsində “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının reallaşmasında iştirak etmək, ölkənin rəqəmləşməsi prosesinə dəstək vermək niyyətində olduqlarını bildirib.

“Biz Azərbaycanda təkcə gəlir əldə etmək üçün fəaliyyət göstərmirik. Bizim əsas məqsədimiz ölkədə “Yüksək Texnologiyalar Parkı”nın fəaliyyətinin inkişafına dəstək olmaq, yeni texnologiyaların yaradılmasına, tətbiqinə və xarici bazarlara çıxarılmasına kömək etməkdir. Azərbaycanın beynəlxalq əməliyyatlarda iştirak etməsi üçün mövcud potensialının səmərəli istifadəsi bizim üçün maraqlıdır və biz bu prosesdə ölkəyə dəstək olmaq istərdik. 70 illik təcrübəmizi sizinlə bölüşmək istərdik”, - deyə o bildirib.

“KoçSistem” Türkiyə və Azərbaycanla yanaşı, İngiltərə, Almaniya başda olmaqla bir sıra Avropa bazarlarında fəaliyyət göstərir. “KoçSistem” brendi altında rəqəmsal nəşriyyat məhsulu - “Pixage”, avtomatik sayğac oxuma sistemi - “Sistemetriks” və “Elektron Faktura”, “Elekton Dəftər” kimi fəaliyyət istiqamətlərini saymaq mümkündür. 

Mənbə: mincom.gov.az


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar