21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
14 İyun tarixində Moskva-da 3G, wi-max, mobile blogging və s Mobil Texnologiyalara həsr edilmiş BarCamp formatında olan MDB dövlətlərində ilk MobileCamp qeyri-Konfransı keçiriləcək.
Moskva yaxınlığında Klyazıminskiy su anbarının sahilində yerləşən “Noviy bereq” adlı istirahət mərkəzində keçiriləcək konfransa yüzlərlə iştirakçının,İT həvəskarlarının qatılacağı gözlənilir.
MobileCamp Moscow-da əsas müzakirə mövzuları isə aşağıdakılar olacaq:
Mobil Texnalogiyaların inkişafında əsas istiqamətlər,
Mikrobloqqinq və onun insanın sosial sferasının genişlənməsində əhəmiyyəti,
Mobil şəkillər və videolar: mobile məlumatlandırma xidməti
Yeni multimedia formatları və onların tətbiqi
Mobil internet: Wi-Fi , Wi-Max, 3G, etc formatları
İnternet şəbəkəsində mobil internetin inkişafı
Mobil televiziya
Mobil Telefonlar üçün proqram təminatları
Konfransın bir başqa özəlliyi də iştirakçıların da müzakirə mövzusu irəli sürmə ehtimalıdır. Bunun üçün sadəcə konfransın rəsmi saytında qeydiyyatdan keçərək müsabiqəyə qatılmaq lazımdır.
Nokianın xüsusi dəstəyi ilə həyata keçiriləcək konfransda Nokia N97 modelinin təqdimatı da planlaşdırılır.
Məlumat üçün bildirək ki, MobileCamp Dünyada ilk dəfə 2007-ci ildə Nyu York şəhərində keçirilmiş və bir çox ölkələrdə böyük maraqla qarşılanmışdır.
MobileCamp Moscow haqqında ətraflı məlumatı www.mobilecamp.ru saytından əldə etmək olar.