21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov bildirib ki, bu məqsədlə Bakı şəhərində vahid nəqliyyat ödəniş kartlarından istifadə ediləcək.
Həmin kartlar vasitəsilə təkcə avtobuslarda deyil, metropoliten və taksilərdə, hətta elektrik qatarlarında da ödəniş etmək mümkün olacaq. Artıq ödəniş kartının forması və dizaynı müəyyənləşdirilib. Bu kartlara məbləğ xüsusi terminallarda yüklənəcək və bunun üçün əsas nəqliyyat obyektləri - metropoliten, avtovağzallar, dəmir yolu vağzalı və aeroportlarda həmin terminalların quraşdırılması nəzərdə tutulur. Paralel olaraq bütün nəqliyyat vasitələrində (o cümlədən, avtobuslar və taksilərdə) bu kartlar vasitəsilə ödənişi qəbul etməyə imkan verən mini-terminallar quraşdırılacaq. Bu terminalların ilk nümunələri artıq noyabrın sonunadək Azərbaycana gətiriləcək.
Qeyd edək ki, kartların tətbiqi ilə yanaşı ödənişi nağd yolla etmək imkanları da olacaq. Kartların tətbiqi Bakının nəqliyyat sistemində aparılan yenidənqurmanın son mərhələsi olacaq. Nəqliyyatın intellektual idarəetmə sistemi işə düşüb adaptasiya olunandan sonra növbəti mərhələ ödəniş kartlarının tətbiqi olacaq.