21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanda ilk onlayn futbol proqnozu və oyunlar haqqında ətraflı məlumat verən sayt olan Proqnoz.az bu gündən etibarən istifadəçilərin görüşünə DÇ 2010 Viktorinası ilə gəlir. İntuisiyanıza və futbol biliklərinizə güvənirsinizsə, viktorinada iştirak edin və kontur qazanın. Viktorinanın şərtləri aşağıdakı kimidir:
1. Viktorinada iştirak etmək üçün aşağıdakı telefon nömrələrindən birinə SMS vasitəsilə öz variantınızı göndərməlisiniz. Bu SMS üçün balansınızdan əlavə kontur çıxılmayacaq və SMS-in qiyməti istifadə etdiyiniz mobil operatorun müvafiq tarif paketinə uyğundur.
2. Qalib gəlmək üçün siz viktorinada iştirak etdiyiniz gün DÇ-də keçiriləcək bütün oyunların nəticəsini düzgün müəyyənləşdirməlisiniz. Məsələn, 15 İyun tarixində viktorinada iştirak etmək üçün həmin gün baş tutacaq 3 oyunun - Yeni Zelandiya - Slovakiya, Kot d'İvuar - Portuqaliya, Braziliya - KXDR oyunlarının nəticəsini SMS-lə aşağıdakı telefon nömrələrindən birinə göndərməlisiniz. Məsələn, "Yeni Zelandiya 0 - 2 Slovakiya, Kot d'İvuar 0 - 0 Portuqaliya, Braziliya 3 - 0 KXDR".
3. Unutmayın ki, siz yalnız hər 3 oyunun nəticəsini düzgün müəyyənləşdirdikdə qalib hesab olunursunuz. Qalib gələn iştirakçının nömrəsinə 5 manatlıq kontur yüklənəcək. Beləliklə, siz hər gün 3 oyunun nəticəsini tapmaqla 5 manatlıq kontur qazanacaqsınız.
4. DÇ-nin gün ərzində ilk oyunu saat 16:30-da başladığından, SMS göndərmək üçün son vaxt saat 16:15-dir. 16-15-dən gec göndərilən variantlar qəbul olunmayacaq.
5. Eyni nömrədən 1 gün ərzində yalnız 1 variant qəbul olunacaq.
6. Obyektivliyin qorunması üçün sizin variantlarınız və telefon nömrəniz saytda veriləcək.
7. Qaliblərin nömrəsinə ən gec 1 gün ərzində 5 manatlıq kontur kartı yüklənəcək.
8. Variantları SMS vasitəsilə 050 598 96 07 və ya 070 260 67 60 nömrəsinə göndərməlisiniz.
Saytın redaktoru Əli Məmmədovun dediyinə görə, Proqnoz.az saytında bu tipli viktorinalar çox olacaq: "Biz futbolsevərləri sevindirmək üçün əlimizdən gələni edirik. Yeni fəaliyyətə başlamağımıza baxmayaraq artıq saytımızın kifayət qədər istifadəçisi var. Yaxın zamanlarda yeni viktorinalarla fanatları sevindirəcəyik və viktorina qaliblərini futbol ictimaiyyətinə ətraflı tanıdacağıq. Bir sözlə, futbolla bağlı axtardığınız hər şey Proqnoz.az saytında olacaq"
Hacıbəy Heydərli