21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Boinq şirkəti, iki ay öncə istehsal etdikləri lazer silahı ilə keçirilən sınaqda bir insansız təyyarənin vurulduğunu açıqlayıb
Dünyanın ən böyük təyyarə şirkəti Boinq, iki ay öncə istehsal etdiyini açıqladığı lazer silahını, ötən gün uğurla sınaqdan keçiridiyini açıqlayıb.
  Qaynar.info-nun verdiyi xəbərə görə, şirkətdən verilən açıqlamada, bir Hummer cipin üzərində yerləşdirilən lazer silahının, yüksək dərəcəli lazer işığı ilə, ilk dəfə bir insansız təyyarəni vuraraq yerə saldığı bildirilib. 36 milyon dollar ARGE büdcəsi ilə, ABŞ ordusu üçün sınaqdan keçirilən bu lazer sisteminin 2016-cı ildən etibarən Amerika ordusunda istifadə ediləcəyi ifadə edilir. Boinq, Nyu Meksika ştatındakı bir çöllükdə həyata keçirilən sınağın uğurlu keçdiyini və bundan sonra testləri artıracaqlarını söyləyib.
 
  Qeyd edək ki, bu sınaqla, dünyada ilk dəfə olaraq bir lazer silahı ilə təyyarə vurulmuş oldu. Amerika ordusunda istifadə ediləcək lazer silahı tank və təyyarələrə taxılacaq. 2016-cı ildə silah əvvəlcə hava müdafiə sistemlərində istifadə edilməyə başlanacaq. Səbəbi isə artıq bir çox ordunun kəşfiyyat üçün əsasən insansız təyyarələrdən istifadə etmələridir. ABŞ ordusu yetkililərinə görə, bu təyyarələr məlum, yəni zenit və ya başqa ənənəvi silahlarla vurula bilmir. Onlar üçün daha dinamik silahlar tələb olunur.
xeberler.az