21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bakının mərkəzi küçələrindəki binalardan çanaq antenalarının yığışdırılmasına başlanılıb. Bu işin icraçısı isə dövlət qurumlarının - konkret olaraq Səbail və Nəsimi rayon Mənzil İstismar Sahəsinin (MİS) işçiləridir.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşları Səbail rayonu ərazisində bir neçə belə halın şahidi olublar. Hətta bu gün (22 oktyabr) Bülbül prospektində Yeni Azərbaycan Partiyasının yerləşdiyi binanın da üzərindən çanaq antenalarının yığışdırılması müşahidə olunub. MİS əməkdaşları mətbuata açıqlamalarında bildirirlər ki, bu, binaların təmiri ilə əlaqədardır. Digər bir açıqlamada isə bildirilir ki, çanaq antenalarının binanın üzərində yox, damında qoyulmasına icazə verilir.
Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı məsələ ilə əlaqədar RATİ-yə bildirib ki, bu proses qanuna ziddir. “Çanaq antenalarının yığışdırılması insanların qanuni yolla informasiya əldə etmək hüququ ilə yanaşı onların mülkiyyət hüququnu da pozur. Çünki vətəndaşların informasiya əldə etmə vasitəsi olan bu antenaların binanın fasadına vurulmasını qadağan edən qanun yoxdur. Əgər hətta şəhərin dizaynı baxımından əsaslandırılsa ki, bu qanunidir və antenalar fasadda yox, binanın damında olmalıdır, bu yerdəyişmə üçün vətəndaşlara kompensasiya ödənməlidir. Həmçinin bu barədə vətəndaşlara xəbərdarlıq edilməlidir” – deyən R.Hacılı vurğuladı ki, hazırda bu proses qanuna zidd aparılır və çanaq antenaları sökülən vətəndaşlar normal informasiya əldə etmək imkanından məhrum olurlar.
Məsələ ilə Bakı Şəhər İcra hakimiyyətindən mövqe öyrənmək mümkün olmasa da, RATİ bu quruma informasiya sorğusu ilə müraciət edib.