21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Beynəlxalq Bankı (ABB) kompüter, bankomat, informasiya köşkü və mobil telefonun köməyi ilə alınan aviabiletlərin ödənişi üzrə xidmətlərə başlayıb.
Bankın baş ofisindən APA-ya verilən məlumata görə, ABB ilə «SilkWay Travel» şirkəti arasında qurulmuş əməkdaşlıq əlaqələri hesabına müştərilər turizm şirkətinə zəng vuraraq aviabilet sifariş edə, sonra isə ABB vasitəsilə həmin biletin dəyərinin ödənişini apara bilər.
Qeyd edək ki, əvvəllər bankın müştəriləri yalnız «Azercell» mobil operatorun və elektrik təchizatçısı olan «Bakıelektrikşəbəkə»nin xidmətlərini ödəyirdilərsə, indi bu siyahıya «Elcell» və «Azeronline» provayderləri, «Aztelekom» şirkəti və «SilkWay Travel» turizm agentliyi də əlavə olunub. Bundan başqa, yaxın vaxtlarda ABB-nin müştəriləri mobil bankçılıq vasitəsilə «KartTransfer» xidmətindən də yararlana biləcəklər.
Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Hazırda bankın respublika üzrə 37 filialı fəaliyyət göstərir.