21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Ali məktəblərin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının (ADA) magistraturasına sənəd qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, magistraturaya 547 nəfər ərizə verib. Onlardan 123 nəfəri Azərbaycan Diplomatik Akademiyasına, 424 nəfəri isə MBA və TEMPUS beynəlxalq proqramları üzrə sənəd verən şəxslərdir. Azərbaycan bölməsi üzrə 446, rus bölməsi üzrə isə 101 nəfər sənəd verib.
Ali məktəblərin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və ADA-nın magistraturasına qəbul iki mərhələdə həyata keçiriləcək. Dekabr ayı ərzində baş tutacaq birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, informatika (ADA-ya daxil olmaq istəyənlər üçün riyaziyyat fənni) və xarici dil bilmə səviyyəsini, ikinci mərhələdə isə qəbul olmaq istədiyi ixtisas üzrə bilik səviyyəsi yoxlanacaq.