21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
1 günəş batareyası hündürmərtəbəli binanın kompleks şəklində enerji tələbatını ödəyə bilər
Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda hazırlanmış iki günəş batareyası uğurla sınaqdan keçirilib.
Hər iki qurğunun hazırlanmasında beynəlxalq təcrübədən istifadə edilib. Hazırlanan birinci qurğu çox qısa müddətdə günəş enerjisini elektrik enerjisinə çevirməyə imkan verir. Alınan enerjinin maya dəyəri elektrik enerjisindən 3-4 dəfə ucuz başa gəlir.İnstitutda hazırlanan ikinci qurğunun da böyük iqtisadi əhəmiyyəti vardır. 
Bu cihazı institutun əməkdaşları azon zavodunun köməyi ilə hazırlayıblar. Cihaz günəş enerjisini birbaşa elektrik enerjisinə çevirir. Havanın işıqlı vaxtı alınan enerjini akkumulyasiya etdirir və qaranlıq düşəndə bundan elektrik enerjisi kimi istifadə olunur. Bu cihaz çöl şəraitində məişət avadanlığının elektrik enerjisi ilə qidalanmasına imkan verir.
Geniş istehlakçı kütləsi üçün nəzərdə tutulan qurğular həm keyfiyyət, həm də qiymət baxımından çox sərfəlidir. Bu qurğulardan istifadə etməklə hündürmərtəbəli binaların kompleks şəklində enerji tələbatını ödəmək mümkündür. AzərTAc