21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
İyulun 1-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin elektron idarəetmə sisteminin və yenilənmiş internet səhifəsinin təqdimatı keçirilmişdir.
Tədbirdə çıxış edən İqtisadi İnkişaf nazirinin müavini Sevinc Həsənova bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən məqsədyönlü islahatlar, irimiqyaslı layihələr ölkə iqtisadiyyatının dinamik inkişafını, əhalinin rifahının yüksəlməsini, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını təmin etmişdir.
Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən tədbirlər barədə məlumat vermiş, bu sahədə İqtisadi İnkişaf Nazirliyində görülmüş işləri müsbət qiymətləndirmişdir.
İqtisadi İnkişaf nazirinin müşaviri Tahir Mirkişili Nazirlikdə yaradılmış elektron idarəetmə sistemi çərçivəsində müasir DATA Mərkəzin qurulduğunu, "Microsoft" şirkətinin lisenziyalı proqram təminatının alındığını, vahid platformada çalışan veb interfeysli elektron sənəd dövriyyəsinin, kadrların elektron bankının, elektron maliyyə sisteminin yaradıldığını və elektron imzanın tətbiqinə başlanıldığını qeyd etmişdir. Bildirilmişdir ki, Fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin internet səhifəsində elektron xidmətlər bölməsi yaradılır. Bu bölmədə Nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə verilən lisenziyaların və sertifikatların adı, bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizə və digər sənədlərin elektron forması yerləşdiriləcək, rüsumların elektron qaydada ödənilməsinə imkan yaradılacaq.
Sonra İqtisadi İnkişaf Nazirliyinin yenilənmiş internet səhifəsinin www.economy.gov.az təqdimatı keçirilmişdir. Qeyd edilmişdir ki, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən saytda Azərbaycanın əsas makroiqtisadi göstəriciləri, regionların inkişafı, ölkə iqtisadiyyatına yatırılan investisiyalar, sahibkarlığın inkişaf dinamikası, beynəlxalq maliyyə institutları ilə əlaqələr və s. məlumatlar öz əksini tapmışdır. Saytın başlıca üstünlükləri canlı əlaqə, müraciətlərin sayt vasitəsilə qəbulu və cavablandırılması, vətəndaşların qəbula yazılması, Nazirliyin məlumatlarına abunə imkanının olmasıdır. Saytda interaktiv pəncərələrdən və video materiallardan geniş istifadə edilmiş, zəngin foto arxiv və effektiv axtarış sistemi yaradılmışdır.