21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
ABŞ, avtoritar ölkələrdə internet senzuranın qarşısını almaq üçün yeni bir texnologiyaya milyonlarla dollar sərmayə qoyacağını bəyan edib.
AFP-in məlumatına görə, ABŞ Xarici işlər Nazirinin insan haqqlarıyla bağlı köməkçisiMichael Posner internetə mane törədən Çin, İran və digər avtoritar hökumətləri qabaqlamaq üçün yeni texnologiyalara 19 milyon dollar məbləğində pul ayıracağını deyib.
Yeni texnologiya internet nəzarətindən yayınmağa imkan verəcək.
Ayrılan pulların, senzura tətbiq edən ölkələri təyin edən və onların üsullarını özlərinə qarşı istifadə etməyə imkan verən yeni texnologiya üçün istifadə ediləcəyini deyən Posner, «Bu siçan- pişik oyunu kimidir. Pişikdən daha irəlidə olmağa çalışırıq»-deyə bildirib.
ABŞ Xarici işlər Naziri dünən Vaşinqtonda Çin ilə ABŞ arasında keçirilən «Strateji və iqtisadi Dialoq» yığıncağının bağlanışı zamanı, Çin hakimiyyətinin müxaliflərə və rejimi tənqid edənlərə tətbiq etdiyi təzyiqləri şiddətlə tənqid edib.
Amerikan Konqresi tərəfindən internet azadlığının müdafiəsi üçün ayrılan büdcə 30 milyon dolları təşkil edir.
Ümumilikdə dünyada 200-ə yaxın internet fəalının həbsdə olduğu deyilir.
//Azadlıq Radiosu