21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan
Prezidenti İlham Əliyev Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında
qanunun tətbiqi barədə sərəncam imzalayıb. Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin məlumatına görə, qanuna əsasən, kompüter sisteminə qanunsuz daxil olma,
məlumatları qanunsuz ələ keçirmə, həmin məlumatları saxtalaşdırmaya,
kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi, kompüter
məlumatlarının saxtalaşdırılmasına görə cəzalar sərtləşdirilib. 
Belə ki, yuxarıda göstərilən qanun pozuntularına
yol vermiş şəxs iki ilədək müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə
1000 manatdan 2000 manatadək cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası
ilə cəzalandırılacaq. 
Bu cinayət vəzifəli şəxs tərəfindən öz qulluq
mövqeyindən istifadə etməklə törədilərsə, 3 ilədək müddətdə vəzifə tutma
hüququndan məhrum edilməklə 2000 manatdan 3000 manatadək cərimə və ya 2 ildən 4
ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.
Əgər əməllər ictimai əhəmiyyətli infrastruktur
obyektinin kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə törədilərsə, 3
ilədək vəzifə tutma hüququndan məhrum edilməklə 4 ildən 6 ilədək müddətə
azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Sərəncama əsasən, Nazirlər Kabinetinə üç ay
müddətində qanunlarının və Prezident aktlarının bu qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini hazırlamaq və Prezidentə təqdim etmək; üç ay müddətində
Nazirlər Kabinetinin normativ hüquqi aktlarını həmin qanuna uyğunlaşdırılmasını
təmin etmək və bu barədə Prezidentə məlumat vermək; mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını
nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat
vermək, eləcə də həmin qanundan irəli gələn digər məsələləri həll etmək
tapşırılıb. 
Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların həmin qanununa uyğunlaşdırılmasını təmin etmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.