21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanda ilk mobil operator olan Bakcell kimsəsiz uşaqlara Yeni il sevinci bəxş etmək məqsədi ilə “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi ilə birgə “Mənim arzu SMS-im” kampaniyasını həyata keçirib.
 26-30 dekabr tarixlərində keçirilən kampaniyanın məqsədi  kimsəsiz uşaqların Yeni il arzularını yerinə yetirmək olub. Uşaqların Yeni ilini Şaxta babasız təsəvvür etmək olmaz. Kampaniya zamanı Bakı və Quba şəhərlərində yerləşən dörd uşaq evində quraşdırılan Bakcell telefonları vasitəsilə uşaqlar Şaxta babaya öz arzu SMS-lərini göndəriblər. SMS-lər toplandıqdan sonra Şaxta baba uşaq evlərini ziyarət edərək, uşaqlara arzu etdikləri bayram hədiyyələrini təqdim edib. Bəzən uşaqların hədiyyədən çox, xoş sözlərə ehtiyacı olur. Bu sözləri ünvanına çatdırmaq üçün Bakcell-in Xidmət Mərkəzlərində mobil Şaxta babalar Bakcell-in ulduz formasında flayerlərini müştərilərə paylayıblar. Valideyn himayəsindən məhrum olan uşaqlara öz arzularını çatdırmaq istəyənlər bu ulduzların üzərində arzularını yazaraq Xidmət Mərkəzlərindəki qutulara atıblar. Şaxta baba bu məktubları yığıb uşaq evlərindəki uşaqlara çatdırıb.  Ən maraqlı bayram təbrikinin müəllifi Bakcell şirkəti tərəfindən hədiyyə alacaq. 
Kampaniyada 4 internat məktəbi - Ramanı əlillər evi, 21 saylı uşaq evi, 11 saylı xüsusi tipli internat məktəbi və Quba rayon xüsusi ümumtəhsil internat məktəbindən 270 uşaq iştirak etdi.
Bakcell-in Baş icraçı direktoru xanım İneke Botterin sözlərinə görə, “uşaqlar cəmiyyətin ən həssas nümayəndələridir və biz onların səsinin eşidilməsi üçün bu kampaniyanı həyata keçirdik. Məqsədimiz bayram ərəfəsində uşaqlara sevinc bəxş etmək və onlara qayğı və diqqətimizi göstərmək idi”.