21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
KörpüKamp konfransının ilk günü, 120-dən artıq insanın iştirakı ilə keçirildi. Konfransın iştirakçılarının əsas auditoriyası, İnternet, Media və QHT nümayəndələri idi. 16 may saat 15.00`da rəsmi açılışdan sonra Körpükampda təqdimatlar silsiləsi başlandı.
Bir çox aktual mövzuları əhatə edən 10-dan çox təqdimat edildi. Təqdimatlarda yeni medianın ənənəvi mediadan üstünlükləri barədə fikirlər səsləndi, yeni mediadan səmərəli istifadə üsulları haqqında məlumat verildi. Azərbaycan internet məkanında yeni medianın rolu və inkişafının təmin edilməsi haqqında müzakirələr aparıldı. Yeni internet texnologiyaları, onların Azərbaycan internetində tədbiqi, Qeyri hökümət təşkilatlarının yeni mediadan istifadə barədə iştirakçılara məlumat verildi.
Təbirdə səslənmiş bəzi təqdimatların arasında Toğrul Məmmədov "İnternetdə qazanc.Mif yoxsa reallıq", Samir Yəhyazadə "Webmanat; Milli Məclis.Websayt və gələcəyi", Emin Hüseynzadə "Yeni media, ənənəvi mediaya qarşı, kim 1-ci öləcək", Murad Qasımov "RadioNext Yeni nəsil Media" var idi.
Bu gn davam edən tədbirin 2-ci hissəsində də İnternet-Media nümayəndələri arasında əlaqələr, İT texnologiyaları barəsində müxtəlif çıxışlar oldu.
Xatırladaq ki, “KörpüKamp” layihəsi “BarKamp Azərbaycan” təşkilatı tərəfindən “Soros” fondunun dəstəyi ilə həyata keçirilir.