21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Nokia şirkəti 2010 ildən dördüncü nəsl telefonları buraxmağa hazırlaşır. Yeni nəsli yeni modelləri 2010-cu ildən Amerikanın Verizon operatoru tərəfindən istifadəyə veriləcək. Həmçinin 4G-şəbəkələri Bell и Telus şikkətlərindən gəlir əldə edəcəklər. Amerikanın telekommunikasiya nəhəngi AT&T 4G şəbəkəsinə yalnız 2011 ildə keçəcək.
4G-şəbəkələr üçün avadanlıqların buraxılışına Nokia Siemens Networks (NSN) 2008-ci ilin payızında başlayıb. Proqramm təminatı üçün baza stansiyası 2009 ilin ikinci yarısında yaradılacaq. 4G şəbəkələri üçün NSN avadanlıqları LTE texnologiyasını dəstəkləyir. LTE  326 Mbit\\s sürətlə işləyir. Abonentin göndərdiyi məlumatların sürəti 86 Mbit\\s sürətində olacaq. Müqayisə üçün deyək ki, üçüncü nəsl şəbəkələrdə sürət 7,2 Mbit\\s-dir.
1G (birinci nəsl) – analoq rabitəsidir (standart NMT), 2G – rəqamsal rabitə nəslinə aiddir (standart GSM və CDMA), üçüncü nəsl - 3G (standart UMTS) – kanalların kommunikasiyası ilə yanaşı məlumatların paket şəklində ötürülməsini nəzərdə tutur. 3G mobil rabitəsini tərəqqi simvolu adlandırırlar. Lakin 4G nəslinin yeni modelləri sürətlə irəliləyirlər və deyəsən yaxın gələcəkdə 3G modellərini arxada qoyacaqlar. 4G qrupunun təqdim etdiyi şəbəkə vasitəsilə iri həcmli məlumatların ötürülməsi mümkün olacaq. Bu gün mobil bazarın əsas məhsulu melodiyalar və sadə oyunlardırsa, 4G texnologiyaları mobil istifadəçilərə mobil televiziya, video-on-demand ( VOD – sorğu ilə dideo) və yeni texnologiyalı oyunlar təqdim edəcək.  
Analitiklər hesab edirlər ki, potensial olaraq mobil TV xidmətləri mobil telefonlar üçün nəzərdə tutulmuş musiqi və oyunlardan daha çox gəlir gətirə bilərlər. 4G bir bir çox texniki və iqtisadi problemlərlə üzləşə bilər. İlk növbədə 4G telefonları 3G nəslin telefonları kimi çox enerji istifadə edirlər. İkincisi – bu telefonların istehsalına küllü miqdarda vəsait tələb olunacaq. İnvestorlar isə gələcəkdə yeni proyektdən gəlir əldə etməklərinə şübhə ilə yanaşırlar.